Suvarma sistemi

Suvarma sistemiSuyu suvarma mənbəyindən götürüb suvarılan sahəyə paylayan və bitkilərin suvarılmasını təmin edən qurğular. Suvarma sisteminə baş su qəbuledici qurğu, ana kanal, daimi paylayıcı kanallar, müvəqqəti kanallar, suvarma şəbəkəsi, hidrotexniki qurğular daxildir. Su ana kanallar vasitəsilə daimi paylayıcı kanallara, buradan isə təsərrüfatlara paylanır. Müvəqqəti kanallar suyu paylayıcı kanallardan götürüb suvarma şəbəkəsinə verir. Sızmaya və buxarlanmaya gedən itkinin qarşısını almaq üçün əksər hallarda Suvarma sistemi qapalı tikilir, suvarma kanallarının bir hissəsi, yaxud hamısı borularla əvəz edi